Azərbaycan əhalisinin sayı 124 min nəfər artıb


Azərbaycanda əhalisinin sayı açıqlanıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin yekunlarına görə Azərbaycanın əhalisi 9 milyon 235,1 min nəfər olub.

Azərbaycan əhalisi 2011-ci illə müqayisədə 124 min nəfər artıb.

Əhalinin 52,9 faizi(4 milyon 888,7 min nəfər) şəhərdə, 47,1 faizi (4 milyon 346,4 min nəfər) kənddə yaşayır.