Ötən həftənin fotopanoraması
İsmayıllı, 24 yanvar 2013
Geylərin Dövlət Dumasının qarşısında öpüş aksiyası. Rusiya parlamenti homoseksualizmin təbliğatını yasaqlayan yeni qanun layihəsini müzakirə edir.
İsmayıllı 24 yanvar 24 yanvar 2013
Misirdə yeni toqquşmalarda onlarla adam həlak olub. Yanvarın 25-də paytaxt Qahirədə tahrir Meydanında aksiyaçı onlara atılan göz yaşardan qaz qutusunu geri qaytarır.
Misir, Qahirə. Tahrir Meydanında inqilabın 2-ci ildönümü qeyd edilir. 25 yanvar 2013
Ermənistanda yeni prezident seçkisi kampaniyası başlayır. İndiki prezident Serzh Sarkisian-ın seçki portretləri paytaxt Yerevanda binalara vurulur. 21 yanvar 2013
İsmayıllıda polisin aksiyaçılara atdığı göz yaşardan qazın gilizləri
İsmayıllı, 24 yanvar 2013
İsmayıllı, 24 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
İsveçrə, Davos forumu. Azərbaycan prezidenti İlham Əliyev (sağda) Gürcüstanın Baş naziri Bdzina İvanishvili ilə paneldə müzakirələr zamanı. 23 yanvar 2013
Belorus - Baxarevin təqvimində məktəbdə hərbi hazırlıq dərsi mövzusunda foto.
Suriya paytaxtı Dəməşqin yaxınlığında Mleha qəsəbəsində gedən ağır döyüşlər zamanı Azad Suriya ordusunun döyüşçüsü bir evdə snayperindən atəş açır. 22 yanvar 2013.
Britaniyanın Baş nazir David Cameron-la Qatarın əmiri Şeyx Hamad bin Khalifa al-Thani arasında görüşdən az əvvəl Britaniyanın Maliyyə naziri George Osborne-nin Freya adlı pişiyi stola çıxıb. London, 22 yanvar 2013. AFP PHOTO / POOL / KIRSTY WIGGLESWORTH
Suriyanın şimalında Ain al-Zarka şəhərini hökumət qüvvələri bombalayarkən qaçıb mağarada gizlənən uşaqlar. 21 yanvar 2013
Hindistanda Qanq və Yamuna çaylarının birləşdiyi yerdə ibadət edən dindar. 21 yanvar 2013
ABŞ prezidenti Barack Obama təntənəli andiçmə mərasimi zamanı. 21 yanvar 2013
ABŞ prezidenti Barack Obama (solda) ikinci prezidentlik müddətinin başlaması ilə əlaqədar Ağ Evdə andiçmə mərasimində. 20 yanvar 2013
ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimi ərəfəsində Kapitoli binasının ətrafındakı oturacaqları təmizləyən işçi
Fransanın xüsusi qüvvələri Mali paytaxtı Bamakonun şimalındakı kiçik Diabali şəhərində döyüşlərdə iştirak edirlər.Fransanın müdafiə naziri Jean-Yves Le Drian deyib ki, bu şəhərə əl-Qaidənin İslami Məğrib qruplaşmasına aid 1300 nəfərlik beynəlmiləl dəstə nəzarət edir.
"Barselona" klubunun hücumçusu Lionel Messi "Malaqa" ilə oyundan əvvəl 4-cü "Qızıl Top"unu nümayiş edir
İndoneziya paytaxtı Cakartada daşqından əziyyət çəkən ailə
Pakistanda İslam ruhanisi Tahir-ul Qadri tərəfdarlarının keçirdiyi yürüşün ikinci gün. Polislər parlamentin ətrafına toplaşıblar.
Bosnia-Hersegovinanın Mostar şəhərində müsəlman qadın dağıdılmış abidənin yanından keçir.
Belaruslu Victoria Azarenka Avstraliya Açıq Tennis yarışmasında
Minsk. 13 yanvar 2013. Paraşutçular hündürlükdən hoppanmaq üçün özlərinə qeyri-adi yer seçiblər, tikintisi gedən göydələn.