Pakistanda törədilmiş partlayışda 14 əsgərin öldüyü xəbər verilir

Pakistanın şimal-qərbində törədilmiş partlayışda 14 hərbçi ölüb, 20-si yaralanıb.
Bu barədə yerli hakimiyyət xəbər verir.

Hərbçilər isə 4 əsgərin öldüyünü, 11-nin isə yaralandığını deyirlər.

Miranşah şəhərinin cənubunda yola bomba qoyulubmuş.