Əfqanıstanda törədilmiş partlayışda azı 7 adam ölüb

Əfqanıstanın Vardak əyalətində məsçidin ətrafında baş vermiş partlayışda azı 7 adam ölüb.

Yerli hakimiyyətin məlumatına görə partlayış xarici və yerli hərbçilər 4 yaraqlını öldürdükdən sonra baş verib.
Koalisiya qüvvələrinin sözçüsü deyir ki, partlayış koalisiya qüvvələri həmin ərazini tərk etdikdən sonra baş verib.
T
alibanın sözçüsü isə ABŞ təyyarəsinin məsçidə 2 raket buraxdığını deyir.
Koalisiya qüvvələrinin sözçüsü isə bu məlumatı inkar edir.

ABŞ prezidenti Barack Obama şənbə günü radio və internetə həftəlik müsahibəsində Əfqanıstan müharibəsinin ABŞ üçün getdikcə sona yetdiyini deyib.