Prezident Daşkəsənə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Ilham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“APA-Economics”in məlumatına görə, bu məqsədlə Daşkəsən Rayon İcra Hakimiyyətinə Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.