Rusiya Xəzərdə hərbi gücünü artırır

Foto arxiv

Rusiya Xəzər dənizindəki hərbi donanmasını gücləndirir.

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin rəsmi saytındakı məlumata görə, 2013-cü ildə Rusiyanın Xəzər dənizindəki donanmasına 5 döyüş gəmisi və 2 yardımçı gəmi cəlb ediləcək.
Məlumatda qeyd edilir ki, bütün gəmilərdə yeni raketlər quraşdırılıb.

Payızda isə Rusiya Xəzərdəki donanmasına daha 3 desant kateri əlavə edəcək.

Rəsmi Moskva bəyan edir ki, məqsəd ölkənin Xəzərdəki iqtisadi zonalarını qorumaqdır.