Bakıda baş vermiş yanğın nəticəsində ev sahibi ölüb

Bakıda baş vermiş yanğın nəticəsində 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyin məlumatına görə, hadisə Xəzər rayon sakini Xanlar Şahbazova məxsus birmərtəbəli evdə baş verib.

Yanğın söndürüldükdən sonra ev sahibinin cəsədi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.