Norveçin xarici işlər naziri Azərbaycana səfər edəcək

Norveçin xarici işlər naziri Espen Barth Eide gələn həftə Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, XİN başçısı yanvarın 14-də Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

O, həmkarı Elmar Məmmədyarovla görüşəcək, Azərbaycan Diplomatik Akademiyasına baş çəkəcək.

Səfər zamanı iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.