İraqda 1400 yaşı olan qızıl pullar tapılıb

İraqda arxeoloqlar azı 1400 yaşı olan 66 qızıl pul tapıblar.
Bu pullar bizim eranın 225-ci ili ilə 640-cı ili arasında kəsilib.

Pullar Sasanilər dövrünə aiddir.

Pulların üstündə şahın və ya o vaxtki allahların şəkli və bir də od şəkli var.
Hazırda bu pulların həqiqiliyi təhlil olunur.

2003-cü ildə İraqda müharibə başlanandan bu günə qədər İraqın arxeoloji muzeylərindən qədim dövrə aid 32 min əşya itib və ya oğurlanıb.
İraqın Xalq Muzeyindən isə əlavə 15 min əşya yoxa çıxıb.