CİA-in rəhbəri vəzifəsinə John Brennan irəli sürülür

Barack Obama Mərkəzi Kəşfiyyat İdarəsi - CİA-in rəhbəri vəzifəsinə özünün terrorla mübarizə üzrə müşaviri John Brennanın namizədliyini irəli sürəcək.

Brennanın namizədliyi 2008-ci ildə də var idi. Ancaq o vaxt Buşun prezidentliyi dövründə terrorda şübhəli bilinənlərdən ifadə alınmasında istifadə olunan üsullarla bağlı onun namizədliyi dinləmələrdən keçmədi.