«Eurovision 2013»ün ilk püşkü yanvarın 17-də atılacaq

Arxiv foto:«Eurovison-2012»

-

«Eurovison-2013» mahnı müsabiqəsinin ilk püşaktma mərasimi yanvarın 17-də baş tutacaq. İsveçin Malmö şəhərində baş tutacaq püşkatma mərasimində hansı ölkənin, hansı yarımfinalda iştirak edəcəyi öyrəniləcək.

Mərasimdə müsabiqədə iştirakını təsdiqləmiş 39 ölkə iştirak edəcək.

«Eurovison» mahnı müsabiqəsinin rəsmi saytında verilən məlumata görə, püşkatma mərasimində həmçinin müsabiqənin simvolik açarı da Azərbaycan tərəfindən builki ev sahibi İsveçə təqdim olunacaq.

İsveçdə baş tutacaq «Eurovision 2013» mahnı müsabiqəsinə Bosniya-Hersoqovina, Slovakiya, Portuqaliya, Türkiyə qatılmayacaq.

2012-ci ildə «Eurovison» Mahnı müsabiqəsi Azərbaycanda baş tutub. Müsabiqədə İsveçi təmsil edən Loreen «Euphoria» mahnısı ilə qalib gələrək birinci yer tutub.