Həftənin fotopanoraması (7 – 13 yanvar)
Rusiyada hakimiyyət əleyhinə etiraz mitinqi zamanı çəkilmiş foto. Yanvarın 13-də keçirilən mitinqdə məqsəd yetim uşaqların ABŞ vətəndaşlarına övladlığa verilməsini qadağan edən qanuna etiraz olub.
Antarktidada Leninin abidəsi
Türkiyə - İstanbulda ən hündür binalardan birinin üstündən şəhərin bugünlər çəkilmiş fotosu.
London metrosu. Bugnülər metro nəqliyyatının 150 illiyi tamam olur. 1863-cü il yanvarın 10-da dünyada ilk dəfə Londonda yeraltı dəmir yolu ilə ilk sərnişin qatarı işə salınmışdı.
London metrosunun ilk qatarlarından biri. 1863-cü il yanvarın 10-da dünyada ilk dəfə Londonda yeraltı dəmir yolu ilə ilk sərnişin qatarı işə salınmışdı.
Almaniyanın Duisburg şəhərində zooparkda Sibir Pələngi özünün üstü açıq qəfəsində çimir. 7 yanvar 2013-cü il.
Hindistan - Mumbai şəhərində Beynəlxalq Çərpələng Festivalı. 7 yanvar 2013
Yanvarın 7-də FİFA 2012-ci ildə dünyanın «ən yaxşı futbolçusu»nun adını açıqlayıb. İsveçrənin Sürix şəhərində keçirilən mükafatlandırma mərasimdə «Qızıl top» Barselonalı oyunçu Lionel Messiyə verilib. Lionel Messi futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi yazdırıb.
Krasnoyarsk şəhərində Milad bayramı gecəsi xristianlar atəşfəşanlığa baxır