Azərbaycanda futbol bazarlığı

Arxiv foto/

-


“Qafqazinfo” ANS telekanalına istinadən xəbər verir ki, “Turan” klubunun vitse-prezidenti Namiq Məstanov müqavilə ilə “Azal”a məxsus olan, icarə əsasında “Turan”da oynanyan Roman Zubkova oyunu satması ilə bağlı 6 min manatlıq təklif gəldiyini bildirib: “Oyundan 2-3 gün sonra baş məşqçimiz Əfqan Talıbov mənə dedi ki, futbolçu Zubkov ona belə bir təkliflə zəng gəldiyini etiraf edib. Lakin bu təklifi qəbul etmədiyini deyib. Zəngin kim tərəfindən gəldiyini dəqiq bilmirəm nə dərəcədə həqiqətə uyğun olub olmadığını da deyə bilmərəm”.

Daha sonra “Azal” klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da məsələ ilə bağlı danışıb: “Futbolçuların istirahətdə olması ilə bağlı olaraq məsələyə tam aydınlıq gəlməyib. İstirahətdən qayıtdıqdan sonra ittihamda adıçəkilən Zubkovdan izahat alınacaq, futbolçu baş məşqçi ilə danışacaq. Ondan sonra bu barədə klub mətbuat konfransı keçirəcək və hər şeyə aydınlıq gələcək”

Qeyd edək ki, həmin görüş 0-0 hesabı ilə başa çatıb.