"Oxu zalı" ilə əməkdaşlıq etmək istəyənlərin nəzərinə! (Artıq 5 yazı gəldi)

-

(İndiyəcən təqdim edilmiş yazıların sayı - 5)


Azadlıq Radiosunun ədəbiyyat portalı olan "Oxu zalı" özünü tənqidçi kimi sınamaq istəyən gəncləri əməkdaşlığa dəvət edir.

Aşağıdakı hekayələrdən biri haqqında məqalə yaz və oxuzali@azadliqradiosu.az ünvanına yolla:

Rasim Qaraca. Kim yatmış kim oyaq

Kamal Abdulla. Köhnə məhlə

Əli Əkbər. Sərdar

Aslan Quliyev. Oğraş qarğa

Hacı Zamin. Qayçı


Ən yaxşı yazılar seçilib mükafatlandırılacaq və iki nəfər "Oxu zalı"nda keçirilən roman müzakirələrində daimi əsasda (qonorarla) iştirak etmək üçün əməkdaşlığa cəlb ediləcək.

Filoloji təhsilin olması əsas şərt deyil. Əsas olan yazı müəllifinin Azərbaycan və dünya ədəbi prosesi haqda bilgili olması, analitik təfəkkürüdür.

Əsər həm məzmun, həm də forma baxımından təhlil edilməlidir.