Venesuela parlamentinin sədrini yenidən seçdilər

Venesuela parlamentinin sədri Dosdado Cabello yenidən sədr seçilib.
Cabello vitse-prezident Nicolas Maduronun siyasi rəqibi hesab olunur.

Prezident Chavez hazırda Kuba xəstəxanasındadır.
Xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkən Chavez dekabrın 11-də Kubada 4-cü dəfə əməliyyat olunub və bundan sonra səhhəti ağırlaşıb.

Vitse-prezident işarə edib ki, Chaves dekabrın 10-na nəzərdə tutulmuş andiçmə mərasimində iştirak edə bilməyəcək, amma o başqa bir vaxtda Ali Məhkəmədə and içə bilər.

Müxalifət liderləri isə ölkədə yeni seçki keçirməyə çağırırlar.

Ölkə konstitusiyasına görə belə halda yeni seçkiyədək ölkəni Milli Məclisin sədri idarə etməlidir.