Əfqanıstanda 4 nəfər ölüb, 15 adam yaralanıb

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində törədilmiş 2 partlayışda 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, 2 intiharçı Spin-Buldak şəhərində keçirilən ağsaqqallar məclisində özlərini partladıb.