Bakı-Şamaxı yolunda iki maşın toqquşub, ölən var

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində yol qəzası baş verib.

Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “VAZ” və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində “VAZ”-ın sürücüsü 1973-cü il təvəllüdlü Teyyub Bəkirov hadisə yerində vəfat edib.

Hadisə şahidlərinin sözlərinə görə, “VAZ” markalı minik avtomobilində olan 1 nəfər sərnişin və “Mercedes” markalı avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib. Hadisənin səsəbləri bilinmir.