Alyaskada sunami xəbərdarlığı ləğv edilib

Alyaska və Kanada sahillərində sunami təhlükəsi ləğv edildi.
Yerli hakimiyyət bəyan edib ki, sunami baş versə də təhlükəli deyil.

Şənbə günü səhər Alyaskanın cənub-qərbində 7,5 bal gücündə zəlzələ olub.
Zəlzələnin mərkəzi Kreyq şəhərinin 95 kilometrliyində qeydə alınıb.
İtki və dağıntılar barədə məlumat yoxdur.