Hindistanda 23 yaşlı tələbə qızın qətlinə görə 5 nəfərə rəsmi ittiham irəli sürülüb

Foto arxiv

Hindistanda 23 yaşlı tələbə qızın zorlanması və qətlinə görə 5 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb.
6-cı şəxsin hələ 18 yaşı olmadığından onun ayrıca mühakimə olunacağı gözlənilir.

Qız 2 həftə sonra aldığı işgəncələrdən Sinqapur xəstəxanasında keçinib.

Dekabrın 16-də Nyu-Dehlidə qrup halında törədilmiş bu cinayyət ölkədə kütləvi etirazlara səbəb olub.
Etirazçılar onların ölümə məhkum edilməsini tələb edirlər.