Yüksək vergidən qaçan Depardieu Rusiya vətəndaşı oldu

Gerard Depardieu və Rusiya lideri Vladimir Putin, 2010

-

Rusiya prezidenti Vladimir Putin fransalı aktyor Gérard Depardieu-yə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Bu haqda Rusiya prezidentinin saytı məlumat yayıb.

Fərmanda deyilir ki, «Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinin «a» bəndinə əsasən 1948-ci ildə Fransada anadan olmuş Gérard Depardieu-nin Rusiya vətəndaşlığının qəbuluna dair müraciəti təmin olunsun».

Gérard Depardieu dekabrın sonlarında Belçikaya gedib.Aktyor Fransanın yeni prezidenti Francois Hollande-nin vergi islahatından (ildə bir milyondan çox gəlirə 75% vergi tətbiq edib) sonra Belçikaya gedib.