Keçmiş İran prezidentinin qızı təkadamlıq kameraya köçürülüb

Faezeh Hashemi

Keçmiş İran prezidenti Hashemi Rafsanjaninin həbsdə olan qızı Faezeh Hashemi təkadamlıq kameraya köçürülüb.

Faezeh Hashemi ötən ilin sentyabrında 6 aylıq həbs cəzasına məhkum edilib.
O hökumət əleyhinə təbliğğatda ittiham olunur.

Faezeh təkadamlıq kameraya həbsxanada keçirilən etiraz aksiyasında iştiraka görə köçürülüb.

Vaxtı ilə İranın ali dairələrində böyük nüfuzu olan Rafsanjani ailəsi son vaxtlar mühavizəkar hökumətin təzyiqləri ilə üzləşib.