Milli Məclisin 2012-ci ildəki son iclası başa çatdı

Milli Məclisin 2012-ci ilin son iclası dünya azərbaycanlılarının Həmrəylik gününün təbriki ilə yekunlaşdı. Təbriki deputat Azay Quliyev səsləndirdi.

Beləliklə, Milli Məclisin 2012-ci ildə işini bitirdi. Bu il ərzində Milli Məclis 21 dəfə toplaşıb.

Deputatlar 2012-ci ildə 44 ölkəyə 297 səfər edib.

Spiker Oqtay Əsədov bildirib ki, Mİlli Məclis il ərzində üzərinə düşən işləri tam yerinə yetirib.

İl ərzində 253 qanun layihəsi qəbul edilib.