Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz»ın yaydığı məlumata görə, təmir işləri ilə əlaqədar olaraq dekabrın 28-i səhər saat 10:00-dan 18:00-dək «Albalılıq» Qazpaylayıcı Stansiyasından qidalanan Buzovna qəsəbəsinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Bu müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinə və Albalılıq adlanan yaşayış massivinə mavi yanacağın verilişində fasilələr yaranacaq.