Bakıda 19 nəfər dəm qazından zəhərlənib


Ötən gün Bakının müxtəlif ərazilərində dəm qazından 19 nəfər zəhərlənib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənənlərdən çoxunun vəziyyəti ağır olub.

Onların hamısı paytaxtın müvafiq xəstəxanalarına yerləşdiriliblər. Dəm qazından zəhərlənmə faktlarının əksəriyyəti şəhərətrafı həyət evlərində baş verib.