Yeni il gecəsi Bakı Metropoliteni gücləndirilmiş rejimdə işləyəcək

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Metropoliteni gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə dekabrın 28-i Trend-ə Bakı Metropoliteninin Hərəkət xidməti rəhbərinin müavini Etibar İsayev bildirib.

Sərnişin axınına xidmət etmək üçün xətlərə əlavə vaqonlar da buraxılacaq. Yeni il gecəsi sərnişinlərə xidmətdə vaxt məhdudiyyəti olmayacaq.