Xankəndinin işğalından 21 il keçir

Arxiv foto

-

Dekabrın 28-də Xankəndi şəhəri və ətraf ərazilər üçün strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür.

APA-nın məlumatına görə, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər həlak olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.