Bakı aeroportundan bir sıra Avropa aviareysləri təxirə salınıb

-

Dekabrın 25-i «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Bakı-Roma aviareysi təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, bu marşrutla növbəti uçuşun həftənin şənbə günü həyata keçiriləcəyi gözlənilir:

Eyni zamanda «Lufthansa» aviaşirkətinin Bakı-Frankfurt aviareysi də təxirə salınıb. Bu aviareys Frankfurt-Bakı aviareysinin yerinə yetirilməməsi səbəbindən həyata keçirilməyib.

Bundan başqa hava limanından bildirilib ki, ötən gün «Austrian Airlines» aviaşirkətinin Vyana-Bakı və Bakı-Vyana aviareysləri üzrə də uçuşlar növbəti uçuş gününə kimi həyata keçirilməyib.

Aeroportdan təxirə salınmaların səbəbini bildirməsələr də, Avropanın bir sıra şəhərlərində hava şəraitinin uçuş üçün əlverişsiz olduğu bildirilir.