Gəncəbasar bölgəsindən görüntülər

Göygöl rayonu. Dəcəl uşaqlar.

Gədəbəyin Düzrəsullu kəndində orta məktəb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsindən bu məktəb də öz nəsibini alıb. Məktəb divarındakı dəlmə-deşiklər həmin müharibənin izini özündə daşıyır.

Gədəbəyin Düzrəsullu kəndində dağ döşündə mal-qara otaran balaca çoban.

Göygölün Qırxlar kəndində yerləşən Ruhi-Əsəb Dispanserinin bir sakini.

Göygölün Qırxlar kəndində yerləşən Ruhi-Əsəb Dispanserinin yaşlı sakini. Bu yaşlı qadının oturuşundan yaşadığı otağın istiliyini bilmək çətin deyil.

Göygölün Qırxlar kəndində yerləşən Ruhi-Əsəb Dispanserinin yaşlı sakini. Qadının üzündəki qırışlar onun necə bir həyat yolu keçdiyindən danışır.

Göygölün Qırxlar kəndində yerləşən Ruhi-Əsəb Dispanserinin sakinlərindən birinin gəlinciyi.

Göygölün Qırxlar kəndində yerləşən Ruhi-Əsəb Dispanserinin yaxınlığında həmin xəstəxanada yaşayan insanlar üçün məzarlıq. Bu məzarlıqdakı bəzi qəbirlərin üzərində heç bir nişanə yoxdur.

Göygölün Çaykənd kəndi. 1991-cı ilin əvvəlində məşhur "Çaykənd" əməliyyatından sonra kəndin erməni sakinləri buranı tərk etmiş, onların bir çoxlarının evi boş qalmışdı.

Göygölün Çaykənd kəndi. 1991-cı ilin əvvəlində məşhur "Çaykənd" əməliyyatından sonra kəndin erməni sakinləri buranı tərk etmiş, onların bir çoxlarının evi boş qalmışdı. Buna baxmayaraq, kəndin azərbaycanlı sakinləri hələ də kənddə yaşamaqdadırlar.

Tovuzun Girzan kəndinə gedən narahat yol.

Tovuzun Əlimərdanlı kəndinin məscidində H. Əliyev muzeyi.

Tovuzun Əlimərdanlı kəndinin məscidində H. Əliyev muzeyi.

Daşkəsənin Kobalt kəndi. Arıçılıqla məşğul olan kəndin qocaman sakini istirahət edir.

Tovuzun Girzan kəndi yaxınlığında məskunlaşan məcburi köçkün həyatı yaşayan ailə. Qış üçün odun tədarükü görən baba, nənə və nəvə Kür qırağından topladıqları odunları eşşək arabasına yükləyərək, evə gedirlər.

Ağstafanın Həsənsu kəndi. 1880-ci ildə Bakı-Tbilisi dəmiryolu üçün kənd ərazisində salınmış stansiya.

Tovuzun Əbulbəyli kəndində üzüm bağı.