ABŞ İraqa 2 hərbi gəmi verib

Foto arxiv

Birləşmiş Ştatlar İraqın hərbi dəniz qüvvələrinə 2 gəmi verib.
Bu barədə ABŞ-ın bağdaddakı səfirliyi məlumat yayıb.

Gəmilər ikitərəfli müqavilə çərçivəsində dekabrın 20-də verilib.
Söhbət geniş hərbi tapşırılar yerinə yetirə bilən 60 metrlik 2 gəmidən gedir.

ABŞ ayın əvvəllərində İraqa 3 nəqliyyat təyyarəsi də verib.