Pakistanda törədilmiş partlayışda nazir də daxil olmaqla 7 adam ölüb

Foto arxiv

Pakistanın Hayber-Paxtinxva əyalətində törədilmiş partlayışda azı 7 nəfər ölüb.

İntiharçı əyaləti idarə edən “ Xalq milli partiyası”nın iclasında özünü partladıb.
Yerli hökumətin naziri Bashir Bilour da ölənlərin arasındadır.

Prezident Asif Ali Zardari və baş nazir Raja Perviz Ashraf hücumu pisləyiblər.