Dünya “Qiyamət Günü”nü şənliklərlə qeyd edir


Dünyanın müxtəlif ölkələrində Maya təqviminin sonuncu günü olan dekabrın 21-i şənliklərlə qeyd edilir. Dünənə qədər bu gün guya dünyanın dağılacağı barədə söz-söhbətlər yayılmışdı. Bəziləri buna görə dağlara, xüsusi hazırlanmış sığınacaqlara çəkilmişdilər.

Meksika, Mərkəzi Amerikada insanlar böyük şənlik məclisləri təşkil edərək “dünyanın dağılmamasını” qeyd ediblər.

Alimlər bildirmişdilər ki, belə təqvim dəyişməsinin “qiyamət”ə səbəb olacağı barədə iddialar əsassızdır.