Azərbaycan prezidenti İlham Əliyev Qusarda səfərdə olub

President İlham Əliyev və xanımı Mehriban Əliyeva ,Qusar

Azərbaycan prezidenti İlham Əliyev bu gün Qusarda səfərdə olub.

APA-nın məlumatına görə, o rayonda tikilən “Urva-1” kiçik su elektrik stansiyasının açılışında iştirak edib,stansiyanı işə salıb.

Sonra dövlət başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolu, habelə “Zirvə” və “Qaya” otellərinin açılışında iştirak edib.

İlham Əliyev Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi ilə bağlı mərasim də iştiark edib.