Azərbaycanlılar qoyunlarını Ermənistanda otaracaqlar

nasrnews.ir saytından görüntü.

-


Bu ilin yazından İran Azərbaycanından qoyun sürüləri Ermənistanın Sisyan rayonunda otlaqlara aparıla bilər. Artıq bu barədə İranın Şərqi Azərbaycan Ostanın rəhbərləri ilə Ermənistan rəsmiləri arasında ilkin razılaşma var.

Təbrizin nasrnews.ir saytının xəbərinə görə Şərqi Azərbaycan vilayətinin ostandarı Əhməd Əlirza Beygi artıq Yerevanda səfərdədir. Dekabrın 21-də onun Ermənistanla iqtisadi və ticarət sahəsində əlaqələrə dair sənədlər imzalayacağı gözlənir.

Rəsmilərin bildirdiyinə görə imzalanacaq sənədlər arasında İran Azərbaycanından qoyun sürülərinin yay aylarında Sisyan rayonunda otlaqlara aparılmasına dair razılaşma da var.