Taliban dialoqa gedir

Şənbə günü Paris ətrafında Əfqanıstan rəsmiləri, Taliban və digər fraksiyaların nümayəndələri arasında görüş gözlənilir.

Bura talibançılar, Hizbi İslami, uzun illər Talibana və difər qruplara qarşı mübarizə aparmış “Şimal alyansı” və prezident Hamid Karzainin təsis etdiyi “Ali sülh şurası” daxildir.

Məqsəd NATO qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə sülhə nail olmaqdır.

Məlumatlara görə, görüşə Fransanın xarici işlər və müdafiə nazirliklərinin nümayəndələri də qatılmalıdır.

Talibanın mətbuat katibi Zabiullah Mujahid ötən həftə belə bir görüşün keçiriləcəyini təsdiqləsə də qeyd edib ki, biz orda sülh məsələsini müzakirə etməyə hazırlaşmırıq.