"Müalicəvi itlər" faciə qurbanlarının yaxınlarına yardıma gedib

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ-dakı Beynəlxalq "Müalicəvi İtlər" təşkilatının fəalları Konnektikut ştatında silahlı basqına məruz məktəbdə həlak olanların yaxınlarına yardıma gediblər. Təşkilatın nümayəndəsi Mery Foley videoda deyir ki, bu itlərin təmənnasız sevgisi, mehribanlığı hadisənin şokunu yaşayan insanlara yardım edə bilər. Dekabrın 14-də bu ştatda orta məktəbə basqın edən silahlı gənc əksəriyyəti 10 yaşa qədər uşaqlar olan 28 nəfəri qətlə yetirib. AP agentliyinin videosu.