Şaxta fotolarda

Ukraynanın Brodı şəhərində qar fırtınası. Xilasedicilər qar altında qalan 200 maşından adamları güclə xilas edə biliblər. 

Ukraynanın Brodı şəhərində xilasedicilər qar altından maşını çıxarırlar.

Sibir, Krasnoyarsk. Havanın temperaturu -30C dərəcəyə enib. 

Moskvada Qızıl Meydanda satıcı papalarından birini küləyin əlindən almağa çalışır.

Paytaxt Moskvada temperatur -20C dərəcəyə düşüb. Amma üstlik külək də var deyə şaxta da artıq hiss edilir. 

Ukraynanın paytaxtı Kiyevdə temperatur -18C dərəcə olub. Avtobusun donmuş pəncərəsindən baxan qadın.

Moskvada metronun havalandırma bacasında isinib özlərini şaxtadan qorumağa çalışan göyərçinlər. 

Ukraynanın paytaxtı Kiyevdə Ximera Evi adlı tarixi arxitekturalı binanın çardağını qardan təmizləyən işçilər.

Qazaxıstan. Pavlodar şəhərində -37C dərəcədə özünü qorumağa çalışan qadın. 

Qazaxıstan. Pavlodar şəhərində -37C dərəcədə yolda ictimai nəqliyatı gözləyən sakinlər. 19 dekabr 2012

Ukrayna paytaxtı Kiyevdə şəhər rəhbərliyi evsizlər üçün isti yemək təşkil edib. 18 dekabr 2012

Ukrayna, Donetsk. Fövqəladə Hallar Nazirliyi evsizlər üçün sığınacaq yaradıb. 18 dekabr 2012

Ukrayna, Kirovoqorod. Şəhərdə şaxtadan qorunmaq üçün isti sığınacaqlar qoyulub. 15 dekabr 2012

Ukrayna, Kiyev. 18 dekabr 2012

Moldova. Paytaxt Kişinauda evin buz bağlamış çardağı.