Diyarlardan maraqlı fotolar seriyasından...

İsmayıllı rayonunun İstisu kəndi. Ərköyün uşaq.

Şəkinin Şin kəndi. Heyvanlarını qovan atlı.

İsmayıllının Lahıc kəndi. Heyvanları üçün ot daşıyan kəndli.

Qəbələnin Çuxurqəbələ kəndindən bir mənzərə.

Qəbələnin Nic kəndində yerləşən orta əsrlər dövrünə aid Alban kilsəsi. Kilsənin divarına vurulmuş L. da Vinci-nin "Sonuncu şam yeməyi" əsəri.

Qəbələnin Nic kəndindəki Alban kilsəsi.

Şəkinin Şin kəndi. Sovetlər İttifaqının süqutu ərəfəsində kənddəki Lenin büstü zibilliyə atılmışdı. Kəndin sakini bu büstü götürərək, onu evinin divarına hörməklə qorumuşdu.

İsmayıllının Sumağallı kəndində çörək yapan ailə.

Şamaxının Şərədil kəndinin orta məktəb kitabxanası.

Şəkinin Kiş kəndi. Yaşlı ər-arvad.

Şamaxının Mədrəsə kəndində ot biçimindən qayıdan qoca.

İsmayıllının İstisu kəndi.

İsmayıllının Qafqaz dağları ətəyində yerləşən Qalacıq kəndi.

Şamaxının Kərkənc kəndi yaxınlığında kiçik gölməçə və balıqçı.

Şamaxı rayonu. Üzümlükdə işdən qayıdan kəndlilər.