Qobudan Bakıya gələn avtobus aşıb, ölən və yaralananlar var

İllüstrasuya fotosu

-

Dekabrın 17-si səhər saatlarında Qobu qəsəbəsindən Bakıya gələn 153 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb.

Bu barədə Abşeron rayon Polis İdarəsindən məlumat verilsə də, qəzanın detalları ilə bağlı hələlik başqa açıqlama yoxdur.

1 saylı şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Adil Salahov isə AzadlıqRadiosuna bildirib ki, xəstəxanaya qəzada yaralanmış 8 nəfər gətirilib.

Sərnişinlərdən 1-i xəstəxanaya gətirilərkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.