Dənizdə köməksiz qalmış Pirallahı sakininin cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri mühərrikli qayıqla dənizdə köməksiz qalmış Əhmədağa Şükürovun cəsədini aşkar ediblər.

O Bakının Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparırmış.

Əhmədağa Şükürov qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz qaldığını bildirib.
Qohumların müraciətindən sonra FHN-nin vertolyotu axtarışa cəlb olunub və onun cəsədi aşkar edilib və quruya çıxarılıb.