Yaşayış minimumu 8, ehtiyac meyarı 9 manat artdı

2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat müəyyənləşib.

Bu, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat olacaq.

Prezident İlham Əliyev 2013-cü il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.
Ötən il bu göstəricilər uyğun olaraq 108, 116, 84 və 87 manat idi.

Prezidentin imzaladığı digər sənədlə 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilib.

Ötən il ehtiyac meyarı 84 manat idi. Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Hər iki qanun gələn il yanvarın 1-dən qüvvəyə minir. Xəbərləri rəsmi Azərtac agentliyi yayıb.