Məktəblərin ərzaqla təmin olunması üçün layihə hazırlanır

-
Təhsil müəssisələrini keyfiyyətli və təhlükəsiz qida ilə təmin edəcək milli standartların hazırlanması üçün işçi qrup yaradılıb.

Bu barədə dekabrın 13-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda standartların hazırlanması üçün işçi qrupa 1 ay vaxt verildiyi bildirilir.

İşçi qrupa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, təhsil, səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri daxil edilib.