Qırğızıstanda qız qaçırmağa görə cəza artırıla bilər

Qırğızıstan parlamenti

Qırğızıstan parlamenti qız qaçırmağa görə, həbs cəzasının 3 ildən 7 ilə qaldırılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir.

Yerli hüquq müdafiəçiləri hər il ölkədə 12 minə  yaxın qız qaçırıldığını və ya zorla ərə verildiyini deyirlər.
Qanun layihəsi artıq 1-ci və 2-ci oxunuşda qəbul edilib.

Sənəd qüvvəyə minmək üçün 3-cü oxunuşdan da keçməli, parlamentin hər iki palatası və sonda prezident tərəfindən təsdiqlənməlidir.

Səsvermə zamanı bir sıra deputatlar qanun nlayihəsinin əleyhinə səs verib.
Onlar qız qaçırmağın Qırğızıstanın milli adəti olduğunu deyirlər.