Hərbçilər Malinin baş naziri Modibo Diarranı saxlayıb

Foto arxiv

Malinin baş naziri Fransaya uçmaq istəyərkən hərbçilər tərəfindən saxlanıb.

Bu ilin yazında hakimiyyəti ələ keçirən hərbçilərin nümayəndəsi bildirib ki, Modibo Diarranın hərəkəti ölkədə gözlənilən siyasi dialoqa mane ola bilərdi.
Hərbçilər avqustda formal olaraq hakimiyyəti Diarranın rəhybərlik etdiyi milli birlik hökumətinə verib.

Baş nazir saxlandıqdan sonra televiziya ilə qısa çıxışında istefa verdiyini bəyan edib.

Malidə hərbi çevrilişdən sonra mərkəzi hökümət ölkənin şimalına nəzarəti itirib.
Hazırda bu bölgə islamçı yaraqlılar və tuareq üsyançılarının əlindədir.