Sloveniyalı yazıçı «Mixaylonun təkbaşına qisası» adlı roman yazıb

-
​Sloveniyanın Nova Qoritsa şəhərinin Çepovani qəsəbəsində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadəyə həsr edilmiş «Mixaylonun təkbaşına qisası» («Jeden za vse Mihajlovo Mascevanje») ikicildlik romanının təqdimatı olub.

Dünya Azərbaycanlı Gənclər Birliyindən (DAGB) AzərTAc-a bildiriblər ki, sloveniyalı yazıçı Peter Amelietti-nin müəllifi olduğu romanın təqdimat mərasimində «Onun təxəllüsü Mixaylo idi» adlı qısametrajlı sənədli film də nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev bildirib ki, Mehdi Hüseynzadə Azərbaycan və Sloveniya xalqlarının qəhrəmanlıq rəmzidir.

Müəllif Peter Amelietti romanın məzmunu haqda iştirakçılara məlumat verib. Əsərin Azərbaycan və Sloveniya gənclərinə vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə verəcəyini vurğulayıb.