BVF: "Suriya gələn ilin sonuna bütün valyuta ehtiyatını xərcləyəcək"

Suriya iqtisadiyyatı 2012-ci ildə 20 faiz azalacaq, bütün valyuta ehtiyatları isə 2013-cü ilin sonuna kimi xərclənəcək, - bunu Beynəlxalq Valyuta Fondu bildirib.

Suriyada 2011-ci ilin martında hakimiyyət əleyhinə üsyanlar başlayandan inflyasiya 40 faizə çatıb.
Yerli pul dollara nisbətən 51 faiz düşüb.