Həftəlik fotopanorama (10 – 16 dekabr)

Dekabrın 14-də ABŞ-da Konnektikut ştatında orta məktəbə silahlı basqın edən 20 yaşlı gənc 27 nəfəri qətlə yetirdi. Həlak olanların 20-i 5 yaşından 10 yaşına qədər olan uşaqlardır. Hadisə yerindən yerli telekanalların verdikləri reportajlardan görüntülər. 

Misirdə Konstitusiya layihəsi üzrə referendum keçirilir

Fələstin. Həmasın təhlükəsizlik əməkdaşları İsrail- Fələstin arasındakı sonuncu münaqişə zamanı İsrail tərəfindən Qəza bölgəsinə atılmış raketi zərərsizləşdirmək üçün partlatmağa hazırlaşırlar.

Roma Papası XVI Benedikt dekabrın 12-də Twitter-də ilk mesajını yazıb. 85 yaşlı Papa Benedikt Vatikanda minlərlə ziyarətçi qarşısında mesajında bu sözləri yazıb: "Əziz dostlar, sizlərlə Twitter-də ünsiyyət qurduğuma çox sevinirəm. Hamınıza ürəkdən təşəkkür edirəm." Ekranda onun həmin mesajı müxtəlif dillərdə əks olunur.

ABŞ ordusuna məxsus X-37B pilotsuz eksperimental kosmik təyyarəni fəzaya götürən raketin buraxılışı. Florida, 11 dekabr 2012

Belorusun paytaxtı Minsk güclü qar altında.

Qahirədə hökumət əleyhdarları prezident iqamətgahı qarşısında şüar səsləndirir.