Messi alman Mueller-in futbol rekordunu yenilədi

Lionel Messi

-

«Barcelona» klubunun hücumçusu Lionel Messi bir ildə 86 qol vurmaqla futbol rekordunu yeniləyib. Ona qədər il ərzində ən çox qolu 1972-ci ildə almaniyalı futbolçu Gerd Mueller vurmuşdu.

Ötən gün İspaniya çempionatının 15-ci turunda “Barselona” ilə “Betis” klubları qarşılaşıb. Argentinalı hücumçu ilk 25-ci dəqiqədə rəqibin qapısından iki dəfə qol keçirib.

25 yaxşlı hücumçu bu il 25 qolunu Barcelona klubunda keçirdiyi oyunlarda, qalanını isə Argentina millisinin qarşılaşmaları zamanı vurub.

Messi-nin bu qələbəsi onun ilin ən yaxşı oyunçusu mükafatını almaq şanslarını artırıb.