Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

Foto arxiv

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Görüş Dublində ATƏT ölkələri xarici işlər nazirlərinin 19-cu iclası çərçivəsində keçirilib.
Həmsədrlər Ermənistanın xarici işlər Edvard Nalbandyanla da görüşüblər.
Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanlı həmkarı ilə görüşə gəldikdə isə Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, əgər görüş indi baş tutmasa, güman ki, yanvarın sonunda Parisdə ola bilər.