Ban Ki Moon Azərbaycana gələcək

BMT-nin baş katibi Ban Ki-moon

BMT-nin baş katibi Ban Kİ Moonun dekabrın sonlarında Azərbaycana səfəri gözlənilir.
Bu bardə APA agentliyi diplomatik mənbələrə istinadla xəbər verir.

Onun səfər zamanı BMT-nin Bakıda yeni təmir olunmuş nümayəndəliyinin açılışında iştirakı və bir sıra Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulur.
Azərbaycan hazırda BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür.