Qədim Azərbaycan kitab sənəti nümunəsinin surəti əldə edilib

-
Əlyazmalar İnstitutu Tehranın Məclis Kitabxanasından XIV əsrin əvvəllərinə aid Azərbaycan kitab sənəti nümunəsinin surətini əldə edib.

Xəbəri Əlyazmalar İnstitutunun saytı yayıb.

Hülakülər-Elxanilər dövründə, 1323-cü ilin aprelində gözəl nəsx xətti ilə köçürülmüş bu əsər Quran nüsxəsidir.

248 vərəqdən ibarət bu Quran Təbrizdə köçürülüb.

Səhifələrin kənarında Bəyzavinin Quran təfsirindən hissələr var.

Xəbərdə vurğulanır ki, nüsxə Azərbaycan Əlyazma kitabı sənətinin əski dövrlərini öyrənmək baxımından maraq kəsb edir.